Medsol Logo

Mobile menu

Ana səhifəBloq

3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026)

07.05.2026

3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026)

3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 1
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 2
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 3
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 4
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 5
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 6
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 7
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 8
3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) image 9

1-2 may tarixlərində Yeni Klinika tərəfindən təşkil olunan 3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) uğurla baş tutub.

Konqresin Baş sponsoru olaraq çıxış edən Medsol MMC fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində innovativ həllərin təşviqinə və müasir yanaşmaların tətbiqinə dəstək göstərib. Şirkətimiz reabilitasiya və fizioterapiya istiqamətində qabaqcıl tibbi avadanlıqlar, texnoloji yeniliklər və peşəkar həllərlə ölkəmizdə səhiyyə müəssisələrinin inkişafına töhfə verməyə davam edir.

TƏBİB-in dəstəyi ilə keçirilən konqresdə fizioterapiya və reabilitasiya sahəsinin müasir səhiyyədə artan əhəmiyyəti, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi əsas müzakirə mövzularından biri olub. İki gün davam edən konqres ərzində robotik reabilitasiya, telereabilitasiya, süni intellekt, hərəkət analizi və geyilə bilən texnologiyalar sahəsində ən son elmi və texnoloji yeniliklər təqdim olunub.